ARDNŞ-nin idarə və müəssisələrində qanvermə aksiyaları keçirilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) idarə və müəssisələrində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilib.
Qurumdan SİA-ya verilən məlumata görə, F.Əmirov adına NQÇİ-də 58 nəfər, Z.Tağıyev adına NQÇİ-də 12 nəfər, N.Nərimanov adına NQÇİ-də 17 nəfər, Xəzər NQÇİ FTİM-də 48 nəfər, Abşeron NQÇİ-də 76 nəfər, Qaraçuxur İNM-də 25 nəfər, Suraxanı NTTİ-də 16 nəfər, Balaxanı NQÇİ-də 56 nəfər, Suraxanı Azneft İB-də 20 nəfər könüllü olaraq qan veriblər.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB