Xəzər Universitetinə yeni rektor təyin edilib

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı vəzifəsindən gedib. Bu barədə SİA-ya Xəzər Universitetinin təsisçisi-qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı məlumat verib. O bildirib ki, 2010-cu ilin yanvarında Xəzər Universitetinin saytında yeni rektor seçilməsi üçün elan verilib. Onun sözlərinə görə, bu məsələ ilə əlaqədar, ABŞ, Türkiyə, Kanada, Almaniya, Norveç, Hindistan, Azərbaycan və digər ölkələrdən müracətlər olub. H.İsaxanlı qeyd edib ki, cari ilin sentyabr ayında Amerika Dövlət Universitetindən prof. John Rayderin təyinatına qərar verilib.

Qeyd edək ki, 1991-ci ilin mart ayının 18-də rəsmən təsis edilmiş, rektoru və qurucusu Hamlet İsaxanlı olub.

Məlumat üçün bildirək ki, Xəzər Universitetinin təsisçisi-qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri, prof. Hamlet İsaxanlı bütün bunlarla əlaqədar olaraq elektron və KİV nümayəndələri üçün mətbuat konfransı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə