Səhiyyə nazirinin müavini: "Səhiyyə Nazirliyi tərəfindən həm özəl klinikaların, həm də əczaçılıq şirkətlərinin fəaliyyətinə daima nəzarət olunur" - MÖVQE

Səhiyyə nazirinin müavini: "Səhiyyə Nazirliyi tərəfindən həm özəl klinikaların, həm də əczaçılıq şirkətlərinin fəaliyyətinə daima nəzarət olunur" - MÖVQE
Səhiyyə Nazirliyi özəl klinikalarda mütəmadi olaraq yoxlamaları davam etdirir. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib. O bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən həm özəl klinikaların, həm də əczaçılıq şirkətlərinin fəaliyyətinə daima nəzarət olunur.

"Bu da son nəticədə xalqımızın sağlamlığının qorunmasına xidmət edir. Lisenziyası olmayan və yaxud da şəraiti müasir standartlara uyğun olmayan şirkətlərin fəaliyyəti müvəqqəti dayandırılır. Onlar öz şəraitlərini uyğunlaşdırdıqdan sonra səhiyyə nazirliyinin komissiyası tərəfindən yenidən bu məsələyə baxılır", - deyə o əlavə edilir.

Apteklərdə də araşdırmaların mütəmadi olaraq həyata keçirildiyini deyən E.Ağayev qeyd edib ki, bu Səhiyyə Nazirliyinin gündəlik məsələsidir və daima aparlılır. Keyfiyyətsiz, sertifikatsız dərmanların aptekdən çıxarıldığını deyən nazir müavini vurğulayıb ki, ümumiyyətlə apteklərin müasir standartlara cavab veməsi istiqamətində nazirlik tərəfindən daima nəzarət olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə