Elsevər Ağayev: “Son zamanlarda artıq keyfiyyətsiz dərmanlar haqqında Səhiyyə Nazirliyə hər hansı bir məlumatlar daxil olmur” - AÇIQLAMA

Elsevər Ağayev: “Son zamanlarda artıq keyfiyyətsiz dərmanlar haqqında Səhiyyə Nazirliyə hər hansı bir məlumatlar daxil olmur” - AÇIQLAMA
Uzun illərdir ki, dərmanların keyfiyyəti ilə əlaqədar Səhiyyə Nazirliyi uğurlu siyasət aparır. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib. O bildirib ki, son zamanlarda artıq keyfiyyətsiz dərmanlar haqqında nazirliyə hər hansı bir məlumatlar daxil olmur. Daxil olanlar məlumatların isə ancaq ölkədə qeydiyyatdan keçməyən dərmanların apteklərdə rast gəlinməsi məsələsi ilə bağlı olduğunu deyən E.Ağayev vurğulayıb ki, bu dərmanlar müfəttişlər tərəfindən aşkarlanaraq məhv edilir. Onun sözlərinə görə, Azərbaycanda qeydiyyatı olmayan dərmanların ölkəyə daxil olmasına hər bir qanun çərçivəsində maneə yaradılıb və bunun qarşısı alınıb.

Dərman zəhərlənmələri ilə bağlı sualı cavablandıran nazir müavini qeyd edib ki, bunlar dərmanların keyfiyyəti ilə bağlı olan zəhərlənmələr deyil: "Bilirsiniz ki, mütəmadi olaraq özünə qəsd etmək məqsədilə dərman preparatlarından çox miqdarda istifadə edənlər olur. Təbii ki, dərman öz dozasında dərmandır, ancaq çox miqdarda zəhərdir. Ona görə də bu zəhərlənmələr yalnız özünə qəsd etmək məqsədilə dərman istifadəçilərinə aiddir. Yəni, dərman keyfiyyəti ilə əlaqədar zəhərlənmələr haqqında səhiyyə nazirliynə məlumat daxil olmayıb".

Daha sonra E.Ağayev dərman istehsalı ilə bağlı Azərbaycana maraq göstərən şirkətlər barədə danışıb. O bildirib ki, iqtisadi-siyasi sabit şəraitdə Azərbaycana maraq göstərən şirkətlərin sayı çoxdur. Onun sözlərinə görə, bunun qərarını təkcə Səhiyyə Nazirliyi vermir, onlar eyni zamanda İqtisafi İnkişaf Nazirliyinə də müraciət edirlər.

"İngiltirənin insulin istehsal edən bir şirkəti müraciət etmişdi, misirlilərin Azərbaycanda zavod qurmaq niyyəti vardır. Səhiyyə Nazirliyi Azərbaycanda qurulacaq şirkətlərin dərman istehsalçılarının keyfiyyətli və ucuz qiymətə məhsul istehsal etmələrinin tərəfdarı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə