Nazir müavini: “Azərbaycan səhiyyə sahəsində beynəlxalq tədbirə ev sahibliyi edəcək”-AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Komitəsinin 61-ci sessiyası Azərbaycanda keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib. O bildirib ki, beynəlxalq tədbirin keçirilməsi ilə bağlı qərar bu günlərdə Moskvada keçirilən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Komitəsinin 60-cı sessiyası zamanı qəbul olunub. Nazir müavini vurğulayıb ki, gələn il bu vaxtlarda Azərbaycanda keçiriləcək növbəti sessiyada 50 ölkənin səhiyyə naziri və nazir müavinləri iştirak edəcək. Keçmiş MDB məkanında Rusiyadan sonra bu tədbir ilk dəfə Azərbaycanda təşkil olunacağını deyən E.ağayevin sözlərinə görə, bu da ölkədə yaradılan ictimai-siyasi sabitliyin, inkişafın nəticəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...