Son dövrlərdə Qərb Universiteti ilə bağlı xəbərlərə mediada daha intensiv şəkildə rast gəlirik. Universitetdə aparılan işlər, həyata keçirilən layihələr, tədbirlər, eləcə də infrastrukturun və maddi-texniki bazanın möhkəmləndirilməsi öz əksini media və sosial media səhifələrində də tapmaqdadır.
Təsadüfi deyil ki, "MC&S"-in media monitorinq qrupunun keçirdiyi ənənəvi media monitorinqində Qərb Universiteti özəl universitetlər arasında ən yüksək pillədə qərarlaşıb.
Qeyd edək ki, reytinq cədvəli iyul ayı ərzində ali təhsil müəssisələrinin adlarının mediada hallanmasının statistikasını əks etdirir. Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 500 on-line media daxil olmaqla 565-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir.
Reytinqdə ilk yerdə Bakı Dövlət Universiteti qərarlaşıb. Özəl universitetlər arasında isə Qərb Universiteti ən yaxşı nəticə göstərib. Qərb Universitetinin adı ötən ay mediada 317 dəfə hallanıb. Universitet bu göstərici ilə nəinki özəl universitetlər arasında liderdir, bir çox dövlət universitetlərini də qabaqlayaraq ümumi sıralamada 7-ci yerdə qərarlaşıb.
Qərb Universitetinin mediada və sosial mediada daha çox müzakirə olunması heç də təsadüfi deyil. Belə ki, yaxşı ənənələrə malik olan bu təhsil ocağı son dönəmlərdə bir sıra addımları ilə ictiamiyyətin də diqqətini özünə yönəldə bilib.
Yeni beynəlxalq layihələr, bir müddət öncə keçirilən, dünyanın 10-dan artıq ölkəsindən tədqiqatçıların qatıldığı beynəlxalq konfransa evsahibliyi universiteti bir daha diqqət mərkəzinə gətirdi.
Keyfiyyətli təhsilin daha əlçatan olması məqsədi ilə bir neçə ay öncə təhsil haqlarının iki dəfəyə qədər aşağı salınması barədə qərar universitetə olan marağı bir qədər də artırdı. Bunu sosial şəbəkələrdə aparılan müzakirələrdən də sezmək mümkündür.
Müasir laboratoriyaların qurulması istiqamətində aparılan işlər də medianın diqqət mərkəzində olub. Məlumat üçün bildirək ki, xüsusilə mühəndislik istiqamətləri üzrə ixtisaslarla bağlı müasir standartlara cavab verən laboratoriyaların formalaşdırılmasına həyata keçirilib və bu laboratoriyaların təşkilinə bu sahədə böyük təcrübəsi olan ABŞ və Avropa şirkətləri cəlb edilib. Mexatronika və robototexnika mühəndisliyi, maşınqayırma, həmçinin meşəçilik, ağac emalının texnologiyası ixtisasları üzrə, eyni zamanda ekologiya mühəndisliyi və genetik analizlərin aparılmasına imkan verən laboratoriya də qurulub və laboratoriyalarda aparılacaq bir sıra proseslər ölkə üzrə ilk dəfə Qərb Universitetində reallaşdırılacaq.
Abituriyentləri, tələbələri maraqlandıran daha bir xəbər –imtahan formasını tələbələrin müəyyən etməsi, eyni zamanda kəsirlərə görə ödənişlərin ləğv edilməsi barədə qərar da oldquca unikal və maraqla qarşılanmış xəbərə çevrildi. Bütün bunlar yenilənməkdə olan Qərb Universitetini son dönəmlərdə medianın və sosial medianın diqqət mərkəzinə çəkib. Universitetin adının reytinq cədvəlində özəl təhsil ocaqları arasında ilk yerdə olması da bu baxımdan təsadüfi deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB