Sektor müdiri: "Məktəbəhazırlıq qruplarında ev tapşırıqları nəzərdə tutulmur"
"2017/2018 dərs ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. 8 ay davam edən məşğələlər mayın 31-də başa çatacaq". SİA-nın xəbərinə görə, bu barədə Bakı şəhər Təhsil İdarəsinin sektor müdiri İlhamə Abdullayeva bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, məktəbəhazırlıq qruplarının 770-i Azərbaycan, 166-ı rus bölmələrinin payına düşür: " Məktəbəhazırlıq qrupları üçün ərazi prinsipi tətbiq olunmayıb. Həftədə 4 gün fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarında " Ətraf aləmlə tanışlıq", "Savad təliminə hazırlıq və nitq inkişafı"," Bədii təfəkkürün inkişafı", " Məntiqi və riyazi təfəkkürün inkişafı", " Təsviri fəaliyyət", " Musiqi və Fiziki mədəniyyət" dərs məşğələləri tədris ediləcək. gün ərzində təşkil olunacaq 3 məşğələnin hər birinin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur".
İ. Abdullayeva qeyd edib ki, 2017-2018-ci tədris ilində məktəbəhazırlıq proqramı 5 yaşında olan uşaqların 65%-ni əhatə edəcək ki, bu uşaqlar üçün tədris ödənişsiz olacaq: "2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşında olan uşaqların 24, 2016-2017-ci dərs ilində 55 faizini əhatə edib. 2018-2019-cu dərs ilində 75, 2019-2020-ci tədris ilində məktəbəhazırlıq proqramının 5 yaşında olan uşaqların 90 faizini əhatə etməsi nəzərdə tutulur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB