Avqustun 1-dən Bakı şəhərinin ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına 2017/2018-ci tədris ili üçün uşaqların elektron qeydiyyatı başlayacaq. SİA-nın xəbərinə görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri İlhamə Abdullayeva bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Bakı şəhərində məktəbəhazırlıq qruplarına avqustun 1-dən sentyabrın 18-dək mektebeqebul.edu.az elektron sistemlə ərizələrin onlayn qeydiyyatla aparılacaq.
İ. Abdullayeva bildirib ki, məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın sonunadək həyata keçiriləcək: "Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması,onlarda müəyyən bilik və bacarıqlarınlarının formalaşdırılmasından ibarətdir. 2017-2018-ci tədris ili üçün paytaxtın ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssiələrindəki məktəbəhazırlıq qruplarına daha çox uşaqğın cəlb edilməsinin planlaşdırıldığı nəzərə çatdırılıb. Bu, həmin qəsəbələrdə məktəbəhazırlıq üzrə göstəricilərinin yüksəldilməsi, uşaqların birinci sinifə daha hazırlıqlı başlamasının təmin olunması və müvafiq məktəblərin tədris göstəricilərinin yüksəldilməsi məqsədlərinə xidmət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB