2017-2018-ci tədris ilindən etibarən Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın təşəbbüsünə əsasən universitetdə yeni bir layihə həyata keçiriləcək.
Bu barədə SİA-ya Universitetin Mətbuat Xidmətindən məlumat verilib.
ADU-da təhsil alan tələbələrlə kütləvi informasiya vasitələri arasında əlaqə qurmaq, onların KİV-də praktik biliklər əldə etməsi məqsədilə həyata keçiriləcək “Təcrübədən əvvəl təcrübə” layihəsi çərçivəsində tələbələr istehsalat təcrübəsi dövründən əvvəl də qəzet redaksiyalarında, informasiya agentliklərində, saytlarda təcrübə keçmək şansı qazanacaqlar. Bu, universitetin KİV-lə əlaqələrinin möhkəmlənməsində tələbələrin də birbaşa iştirakına imkan verəcək.
Qeyd edək ki, layihəyə sentyabr ayından start verilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB