Məktəbəhazırlıq qruplarına sənəd qəbulu avqustun 15-dən başlanacaq
Avqustun 1-dən Bakı şəhərində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayacaq. Təhsil Nazirliyindən SİA-ya bildirilib ki, sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu avqustun 18-də yekunlaşacaq. Məktəbəhazırlıq qruplarına elektron qeydiyyatdan keçdikdən sonra lazımı sənədlərlə birlikdə avqustun 15-dən 30-dək məktəbə müraciət etmək lazımdır.
Rayonlar üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB