Azərbaycanın təhsil işçiləri Avropa Şurasının təşkil etdiyi təlim proqramları və seminarlarda iştirak edəcək
Avropa Şurası tərəfindən Pestalozzi proqramı çərçivəsində hər il müxtəlif növ təlim proqramları və seminarlar təşkil olunur. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, bu proqramlar, əsasən orta məktəb müəllimləri və orta məktəb sektorunda çalışan şəxslər üçün nəzərdə tutulub. Burada iştirakçıların beynəlxalq nəqliyyat, eləcə də tədbir müddətində yemək və yaşayış xərcləri təşkilatçılar tərəfindən ödənilir.
Təlim proqramları və seminarların məqsədi təhsil işçiləri arasında Avropa Şurasının təhsil sahəsindəki standart və dəyərlərinin yayılmasının təmin edilməsidir. Adı çəkilən tədbirlərdə Avropa Mədəniyyət Konvensiyasına üzv olan ölkə olaraq Azərbaycandan olan namizədlər də iştirak edə bilir və Pestalozzi proqramının rəsmi internet səhifəsində (http://www.coe.int/t/dg4/education/pestalozzi/default_en.asp) seminar və təlim proqramları, eləcə də iştirak qaydaları barədə məlumatlar müntəzəm olaraq yerləşdirilir.
Pestalozzi proqramının təlim və seminarlarında iştirak etmək arzusunda olan namizədlər yuxarıda göstərilən internet səhifəsindən ərizə forması yükləyərək onu konkret bir proqram üzrə müəyyən edilmiş son müraciət tarixindən ən azı 5 gün öncədən Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova; tel: 496 33 11; 496 34 00 - daxili nömrə 248) təqdim etməlidir. Natamam şəkildə doldurulmuş ərizələr və proqram çərçivəsində hədəf qrupa uyğun gəlməyən namizədlər nəzərə alınmayacaq. Ərizə formasında göstərilən National Liaison Officer bölməsi doldurulmamalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB