Artıq 6 minə yaxın şəxs müəllim olmaq üçün imtahanda iştirak edib RƏSMİ AÇIQLAMA

Artıq 6 minə yaxın şəxs müəllim olmaq üçün imtahanda iştirak edib RƏSMİ AÇIQLAMA

"Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə minlərlə vakansiya təqdim olunub. Vakant yerlərin böyük hissəsi ibtidai sinif müəllimliyi üzrədir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

Artıq test imtahan mərhələsinin ikinci günü olduğunu deyən E. Bağırov sınaqda 6 minə yaxın şəxsin iştirak etdiyini dilə gətirib: "İmtahanlar avqustun 5-dək davam edəcək. Bu il nazirliyə rekord sayda müraciət daxil olub. Müəllim adını qazanmaq istəyənlərin sayı 50 minə yaxındır. Onlardan 47 mini elektron ərizəsini təsdiq edib və imtahanlara dəvət olunub. İlk günlər ibtidai sinif müəllimliyi üzrə sənəd verənlər imtahanlara dəvət olunur".

Nazirlik rəsmisi əlavə edib ki, bu il Azərbaycan dili-ədəbiyyat, riyaziyyat, ingilis dili fənləri üzrə isə vakansiyalarda rəqabət daha çox olacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə