“ADA” abituriyentləri "Açıq qapı" gününə dəvət edir

“ADA” abituriyentləri "Açıq qapı" gününə dəvət edir

“ADA” Universiteti abituriyentləri iyulun 31-də və avqustun 1, 2, 3-də saat 10:30-da "Açıq qapı" günlərinə dəvət edir. Dövlət İmtahan Mərkəzindən SİA-ya bildirilib ki, "Açıq qapı" günlərində abituriyentlərə universitet, akademik proqramlar, pedaqoji heyət, tələbə mübadiləsi, təhsil haqqına güzəştlər barədə ətraflı məlumat veriləcək.

“ADA” Universitetində keçiriləcək "Açıq qapı" günlərində iştirak üçün qeydiyyatdan keçmək tələb olunmur. Girişdə şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə