Universitetdə yanğına görə imtahan verə bilməyən abituriyentlərin NƏZƏRİNƏ!
Dövlət İmtahan Mərkəzi iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər üçün iyulun 27-də qəbul imtahanı keçirəcək. Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Məlumata görə, həmin abituriyentlər üçün “imtahana buraxılış vərəqəsi” iyulun 25-də gün ərzində Dövət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB