500 evi su basıb səbəbi yağış

Yaponiyada yağan güclü yağış nəticəsində 500 evi su basıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sel bir neçə çayın daşmasına səbəb olub ki, bu da nəticə etibarilə yaşayış rayonlarına, infrastruktura ciddi şəkildə ziyan vurub. Bundan əlavə torpaq sürüşməsi təhlükəsinin olduğu da deyilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə