Salyanın Xurşud kənd orta məktəbi üçün yeni bina istifadəyə verilib

Salyanın Xurşud kənd orta məktəbi üçün yeni bina istifadəyə verilib

Azərbaycan Maarifçi Gənclər Təşkilatı 2010-cu ilin fevral ayında Yaponiya hökumətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi" qrant proqramı çərçivəsində Yaponiyanın Azərbaycandakı Səfirliyi ilə Salyan rayonu Xurşud kənd orta məktəbinin yenidən qurulması haqqında qrant müqaviləsi imzalayıb.

SİA-nın məlumatına görə, layihənin ümumi dəyəri 77,322,23 AZN olub ki, bundan 1607 AZN-i audit firmasına layihənin audit olunması üçün xidmət haqqı ödənilmiş və qalan hissəsi isə birbaşa layihənin icrasına yönəldilib. Belə ki, layihə çərçivəsində bütün tikinti-quraşdırm işləri AMGT tərəfindən görülmüş, məktəb avadanlıqları isə dövlət proqramı çərçivəsində rayon Təhsil Şöbəsi tərəfindən təqdim edilib.

Layihə 2010-cu ilin aprel ayından icra olunmağa başlamış və bu gün yekunlaşıb. Layihə çərçivəsində 200 nəfərlik 12 otaqdan ibarət məktəb tikilib. Layihənin icrası prosesinə nəzarəti beynəlxalq audit şirkəti olan "Currie & Brown" Şirkətinin Azərbaycan ofisi həyata keçirib.

Layihənin icra olunması zamanı yerli kadr potensialından və imkanlarından istifadə olunub. 30-dan çox yerli əhali müxtəlif xidmət və mallarla əməkdaşlıga cəlb olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə