Tailanddan bürünc medalla

Lənkəran şəhərindəki 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin VII sinif şagirdi Turan Məmmədli Tailandın paytaxtı Banqkok şəhərində keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında yeni uğura imza atıb.

78 ölkədən məktəblilərin iştirak etdikləri Beynəlxalq bilik yarışında üçüncü yeri tutan həmyerlimiz Vətənə bürünc medalla qayıdıb.

Qeyd edək ki, lənkəranlı məktəbli bundan əvvəl də bir sıra ölkədaxili və beynəlxalq olimpiadalarda uğurlar qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə