Ötən tədris ilində 470 təhsil işçisi müxtəlif dövlət təltiflərinə layiq görülüb

Hər tədris ilində olduğu kimi, 2009-2010-cu tədris ili də Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı, dövlət siyasətində təhsilin əsas prioritet təşkil etməsi ilə yadda qalıb. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, il ərzində ölkə prezidenti tərəfindən təhsillə bağlı 45 sərəncam və 3 fərman, Nazirlər Kabineti tərəfindən isə 25 qərar imzalanıb.

2009-2010-cu tədris ilində 470 təhsil işçisi müxtəlif dövlət təltiflərinə - orden və medallara, fəxri adlara, fərdi təqaüdlərə layiq görülüb.

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı Təhsil Nazirliyi tərəfindən mütərəqqi dünya təcrübəsində tətbiq olunan inkişafyönümlü model və mexanizmləri, müasir yanaşmaları əks etdirən 40-dək normativ-hüquqi sənəd hazırlanıb və onların 22-si Nazirlər Kabineti tərəfindən təsdiq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə