Lomonosov adına Şimal Federal Universitetindən ADNSU-ya TƏKLİF

Lomonosov adına Şimal Federal Universitetindən ADNSU-ya TƏKLİF

İyulun 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Arxangelsk Vilayətinin Azərbaycan Diasporunun rəhbəri Tərlan Qasımovla görüşüb. Universitetdən SİA-ya verilən xəbərə görə, görüşdə Lomonosov adına Şimal Federal Universitetinin əməkdaşlığa dair təklif məktubu müzakirə olunub. Yeni yaranan universitet ilə ADNSU arasında əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşdə neft və qaz sahəsi üzrə birgə kadr hazırlığı, tələbə və müəllim mübadiləsi, birgə treninqlərin təşkili və digər mövzularda fikir mübadiləsi aparılıb.

ADNSU-nun rektoru professor Mustafa Babanlı əməkdaşlıq təklifini yüksək dəyərləndirib və bu sahədə işlərin görülməsinin vacib olduğunu deyib. Görüşün sonunda qonaqlar rektor, professor M.Babnlıya xatirə hədiyyəsi təqdim edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə