İyulun 24-dən “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbinə start veriləcək. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, layihənin həyata keçirilməsində məqsəd bölgələrdə yaşayan gənclərin, tələbələrin karyera inkişafına, eləcə də iş seçimi və axtarışında kömək edəcək bilik və bacarıqlar, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına stimul verməkdir.
İyulun 31-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 8 bölgəsində yaşayan gənclər karyera və fərdi inkişaf təlimlərində, intellektual yarışlarda iştirak edəcək.
“Təhsil avtobusu - 2017” Bakı şəhərindən yola düşərək Quba-Masallı-Sabirabad-Gəncə-Mingəçevir-Zaqatala-İsmayıllı-Bakı marşrutu üzrə səyahət edəcək.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.
2016-cı ildə keçirilən proqram nəticəsində 8 gün ərzində 2000 km yol qət edilib, Bakı və 4 rayonun (Lənkəran, Quba, Gəncə və Şəki) məktəblərindən 200-dən çox şagird seçilib, təlimçi və ekspertlər tərəfindən 100 akademik saat təhsil proqramı və komanda-öyrədici oyunları keçirilib.
Yay məktəbiTəhsil Nazirliyi, "Engin" LTD MMC," Kapital Bank"ın təşkilatçılığı, “Bakcell", “GoldenPay", "Micrasoft Azərbaycan" və “Paşa Sığorta" şirkətlərinin dəstəyi, “Təhsil TV” və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB