Təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə bu sahədə işləyən və ya gələcəkdə çalışmaq arzusunda olan şəxslərin Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması üzrə müsabiqə davam edir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müsabiqənin elan olunduğu tarixdən - iyunun 22-dən bu günədək 600-ə yaxın şəxs iştirak üçün elektron müraciət edib.
Müsabiqədə iştirak etmək istəyənlər iyulun 20-dək elektron müraciət edə bilərlər.
Müsabiqə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Stretegiyası"na uyğun olaraq həyata keçirilir.
“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsinin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və təkmilləşdirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB