Misir Mərdanov “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi məqsədilə əmr verib
Təhsil naziri Misir Mərdanov 2010-2011-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi məqsədilə əmr verib. Bu barədə SİA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Əmrə əsasən tapşırılıb ki, 2010-2011-ci dərs ilində müsabiqələrdə iştirak üçün sənədlərin qəbulu sentyabrın 20-dən başlansın və oktyabrın 20-də başa çatdırılsın. Həmçinin ictimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) müsabiqələrlə bağlı elan və ona əlavələrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
Bundan əlavə, əmrə əsasən 2010-2011-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin elanının mətni və ona əlavələr Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə göndərilib. Bildirilib ki, həmin sənədlər hər bir pedaqoji kollektivə çatdırılmalı, müsabiqədə iştirak etmək istəyən məktəblərin rəhbərliyinə və ayrı-ayrı müəllimlərə müvafiq sənədlərin düzgün tərtib olunmasında lazımi kömək göstərilməlidir.
Əmrin icrasına nəzarəti təhsil naziri Msiir Mərdanov öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB