Qəbul imtahanları ilə əlaqədar maarifləndirici Videoçarx

Qəbul imtahanları ilə əlaqədar maarifləndirici Videoçarx

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14 (II və III ixtisas qrupu) və 22-də (I və IV ixtisas qrupu) ali təhsil müəssisələrinə keçiriləcək ikinci qəbul imtahanları ilə əlaqədar maarifləndirici videoçarx hazırlayıb. Bu barədə SİA-ya DİM-in mətbuat xidmətindən məlumat verilib.

İmtahanlarda 60 mindən artıq abituriyentin iştirakı gözlənilir. Nəzərdə tutulan imtahanlarla əlaqədar DİM tərəfindən "imtahan prosesi"nə aid maarifləndirici video-çarx hazırlanıb. Video-çarxda abituriyentlərin imtahan prosesində özlərini rahat hiss etməsi üçün bəzi vacib qaydalar haqqında məlumat verilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə