Misir Mərdanov:“Neft Akademiyasının köçürülməsinə ehtiyac var”- Açıqlama
Universitetlərin şəhər kənarında yerləşdirilməsi tədricən həyata keçriləcək. SİA-nın verdiyi xəbərə görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə verdiyi açıqlamasında deyib. İlk olaraq Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) köçürülməsinə ehtiyac olduğunu dilə gətirən nazirin sözlərinə görə, neft sənayesi Azərbaycanın fəxridir və büdcənin xeyli hissəsi neftdən gələn gəlirlər hedabına formalaşır.
Daha sonra Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) köçürülməsinə ehtiyac olduğunu söyləyən M. Mərdənov bu ali təhsil ocağının şəhərin sıx olan ərazisində yerləşdiyini dilə gətirib.
Bakı Dövlət Universitetinə (BDU) gəlincə isə M. Mərdənov: "Hesab edirəm ki, BDU şəhərin mərkəzindən bir qədər kənardadır. Onun lazımi şəkildə fəaliyyət göstərməsi üçün kifayət qədər imkanları var",- deyə qeyd edib.
Bundan əlavə təhsil naziri universitetlərin şəhər kənarına yerləşdirilməsinin nə zaman icra olunacağının dəqiq məlum olmadığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB