Bu il Dövlət Neft və Sənaye Universitetini 78 əcnəbi tələbə bitirib
Bu il Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) 78 əcnəbi tələbə bitirib. Bu barədə AZƏRTAC-a ADNSU-nun tədris işləri üzrə prorektoru Qasım Məmmədov məlumat verib. Prorektor qeyd edib ki, əcnəbi tələbələrdən 70-i bakalavriat, səkkizi magistratura pilləsində təhsil alıb. Məzunlardan 51-i Türkmənistan, beşi Suriya, üçü Rusiya, qalanları isə müxtəlif ölkələrin vətəndaşlarıdır.
Eyni zamanda, bir nəfər Yəmən vətəndaşı doktorantura pilləsində təhsilini başa vurub. ADNSU-da ümumilikdə 22 ölkədən dörd yüz əcnəbi tələbə təhsil alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB