II və III ixtisas qrupları ayın 14 -də imtahan verəcəklər

II və III ixtisas qrupları ayın 14 -də imtahan verəcəklər
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. DİM-dən SİA-ya verilən məlumata görə, imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı abituriyentlərə "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə