UNEC-in professorundan növbəti uğur

UNEC-in professorundan növbəti uğur

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) maliyyə və maliyyə institutları kafedrasının professoru, iqtisad elmləri doktoru Elnur Sadıqov beynəlxalq monoqrafiyanın Azərbaycan bölməsini hazırlayıb.

UNEC-dən SİA-ya bildirilib ki, “Maliyyə qeyri-sabitliyi şəraitində qloballaşan iqtisadiyyat” adlı üç bölmədən ibarət monoqrafiyanın hazırlanmasında Rusiya Maliyyə Universitetinin Sankt-Peterburq filialının, UNEC-in və Belarus Dövlət Universitetinin əməkdaşları iştirak ediblər.

Monoqrafiyada maliyyə sahəsində qeyri-sabitliyin ayrı-ayrı ölkələrdə aradan qaldırılması yollarından, eləcə də Rusiya, Belarus və Azərbaycandakı xüsusiyyətlərdən bəhs edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə