Təhsil Nazirliyi müəllimlərin ixtisasartırması ilə bağlı çox ciddi addımlar atacaq
Təhsil Nazirliyi müəllimlərin ixtisasartırması ilə bağlı çox ciddi addımlar atmaq istəyir. Bu barədə SİA-ya Təhsil Nazirliynin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov məlumat verib. O bildirib ki, bu il ibtidai sinif müəllimlərinin hazırlığı yeni qayda ilə həyata keçirilib. Şöbə müdirinin sözlərinə görə, təxminən 8 minə qədər ibtidai sinif müəllimi 4 qeyri-hökumət təşkilatı tərəfindən keçirilən təlimlərə cəlb edilib: "Biz təlimləri tender proseduru vasitəsilə həyata keçirdik. Ümumilikdə götürdükdə, təlimlərin təşkilindən və səviyyəsindən razıyıq. Düşünürük ki, gələcəkdə bu prosesi bütünlükdə ixtisasartırma təhsilinə şamil etmək olar. Hazırda nazirlik tərəfindən bu istiqamətdə müəyyən işləri görürük".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB