Qərb Universitetində “Həyəcansız imtahan” konsultasiya aylığına başlanılıb

Qərb Universitetində “Həyəcansız imtahan” konsultasiya aylığına başlanılıb

Qərb Universiteti abituriyentlər üçün “Həyəcansız imtahan” konsultasiya aylığına başlayıb. Universitetdən SİA-ya bildirilib ki, bu məqsədlə Tələbə Qəbulu Məsələləri üzrə Mərkəz yaradılıb. Mərkəzdə abituriyentlər üçün ödənişsiz məsləhət saatları təşkil olunur. Burada abituriyentlərə həm psixoloji konsultasiyalar verilir, həm də onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılır.

“Abituriyentlərin imtahana psixoloji hazırlığı” mövzusunda keçirilmiş ilk seminarda Qərb Universitetinin dosenti, innovasiyalar şöbəsinin müdiri Rauf Həsənov “Doğru ixtisas seçimi”, tanınmış psixoloq Elnur Rüstəmov “İmtahan həyəcanının azaldılması yolları” və “Hədəf kursları” MMC-nin baş direktoru Şəmil Sadiq “Motivasiya və özünəinam” mövzularında təqdimatlar ediblər.

Abituriyentlərə özünəinam, diqqət və konsentrasiya, stress, həyəcan, ümidsizlik və qərarsızlığın aradan qaldırılması, imtahan müddətində zamanın düzgün bölünməsi, imtahan sonrası ixtisas seçimində düzgün seçim etmələri və s. kimi mövzular ətrafında tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, hər bir abituriyent həftənin I-V günləri saat 09:00-dan 18:00-dək, şənbə günü isə saat 13:00-dək qəbul məsələləri ilə bağlı mərkəzə müraciət edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə