ADU ilə İtaliyanın Peruca Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

ADU ilə İtaliyanın Peruca Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
Sentyabrın 17-də Azərbaycan Dillər Universiteti (ADU) və İtaliyanın Peruca Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. ADU-nun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi məlumata əsasən, müqaviləni ADU-nun rektoru, professor Səməd Seyidov və Peruca Universitetinin rektoru Stefania Giannini imzalayacaqlar. Görüşdə İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi iştirak edəcək.

İmzalanacaq müqavilənin məqsədi ADU ilə Peruca Universiteti arasında mövcud əməkdaşlığı əks etdirən bu müqavilə imzalanmış cari müqavilənin müddəti bitdiyi üçün əməkdaşlığı davam etdirməkdir. Müqavilənin məqsədi ikitərəfli əlaqələri inkişaf etdirmək, birgə seminarlar, dərslər, görüşlər, konfranslar keçirmək və elmi araşdırmaları inkişaf etdirməkdir. Eyni zamanda, ADU və Peruca Universiteti arasında müəllim və tələbə mübadiləsini artırmaq, bakalavr və magistrların xaricdə təhsil proqramlarında və yay məktəblərində iştirak etmələrinə şərait yaratmaqdır.

Nəzərinizə çatdıraq ki, Dillər Universitetində İtalyan dili, mədəniyyəti, siyasəti, iqtisadiyyatı, tarixi, coğrafiyası və digər mövzularda müəllim, tələbələr və digər maraqlanan şəxslər üçün kurslar təşkil olunacaq. Bu addım bilavasitə Azərbaycanda İtalyan dilinin və mədəniyyətinin təbliğinə xidmət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə