Məleykə Abbaszadə: "Qəbul imtahanlarında keçid balı aşağı salınmayacaq"

Məleykə Abbaszadə: "Qəbul imtahanlarında keçid balı aşağı salınmayacaq"

"2013-cü ildə Təhsil Nazirliyi tərəfindən 200 baldan aşağı yığıan abituriyentlərin ali məktəblərə qəbul edilməməsi ilə bağlı məsələı qaldırıldı və bunun nəticəsində təhsildə keyfiyyəti yüksəltmək üçün ali məktəblərə keçid 200 bal təyin edilib. Təbii ki biz də bunu qəbul etmişik və 4 il ərzində bu baldan aşağı yığan heç bir şəxs ali məktəbə qəbul olunmayıb". SİA-nın bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Xəzər Televizyasına müsahibəsində deyib.

M. Abbaszadə bildirib ki, ali məktəblərə qəbul imtahanlarında abituriyentlərin nəticələrindən asılı olmayaraq müsabiqədə iştirak balının aşağı salınması gözlənilmir: "Hətta plan yerlərinin doldurulmasında ciddi çətinliklər olsa belə. Çünki artıq buna hüquqi zəmin yoxdur".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə