Bu il BDU-nu dörd minədək gənc bitirir

Bu il BDU-nu dörd minədək gənc bitirir

Bu gün Bakı Dövlət Universitetində (BDU) 2016-2017-ci tədris ilinin məzunları ilə təntənəli görüş olub. Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbdə elmin, təhsilin inkişafı istiqamətində reallaşdırılan layihələrdən, qazanılan uğurlardan danışıb.

Ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini vurğulayan rektor Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. Akademik A.Məhərrəmov dahi rəhbər Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu və fəxri doktoru olduğunu sonsuz qürur hissi ilə xatırladıb.

Qeyd olunub ki, bu il BDU-nu dörd minədək tələbə bitirir.

Təhsildə yüksək nəticələr əldə edən tələbələrə fərqlənmə diplomları təqdim olunub.

Digər çıxış edənlər də məzunları təbrik edib, uğurlar arzulayıblar.

Tədbir maraqlı konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə