Hirkan Milli Parkı ilə bağlı şikayət təsdiqini tapmayıb

Hirkan Milli Parkı ilə bağlı şikayət təsdiqini tapmayıb

Lənkəran rayonu Diryan kənd sakini Təranə Xankişiyeva Hirkan Milli Parkındakı qanun pozuntuları barədə Prezident Administrasiyasına şikayət məktubu ilə müraciət edib. Şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarından ibarət Komissiya təşkil olunaraq yerində araşdırma aparılıb.

Nazirlikdən SİA-ya verilən məlumata görə, araşdırma zamanı T.Xankişiyeva onun adından ünvanlanmış müraciətdən xəbərsiz olduğunu, Milli Parkın ərazisində ağacların kəsilməsi və digər qanun pozuntuları barədə məlumatının olmadığını bildirib.

Buna baxmayaraq, ETSN-in əməkdaşları tərəfindən şikayət ərizəsində qeyd olunan Hirkan Milli Parkının Diryan meşəbəyliyinin 3 saylı dolayının ərazisinə baxış keçirilib. Baxış zamanı ərazidə ağac kəsilməsi faktı aşkar edilməyib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə