"Lisey və gimnaziyalara qəbul olmayan uşaqların I sinifə qəbuluna həssaslıqla yanaşılacaq" RƏSMİ AÇIQLAMA

"Lisey və gimnaziyalara qəbul olmayan uşaqların I sinifə qəbuluna həssaslıqla yanaşılacaq" RƏSMİ AÇIQLAMA

Bakı Şəhəri üzrə Təhsil İdarəsi I sinfə qəbul zamanı lisey və gimnaziyaları seçən uşaqların imtahanlardan keçmədikləri halda sonrakı aqibətlərinin necə olması məsələsinə aydınlıq gətirib. Bununla bağlı SİA-nın sualını cavablandıran İdarə müdiri Məhəbbət Vəliyeva bir çox məktəblərdə qəbul prosesinin bitdiyini xatırladıb. O qeyd edib ki, bəzi valideynlər üstünlüyü lisey və ya gimnaziyalara veriblər: "Əgər həmin valideynlərin uşaqları imtahandan keçməyibsə onların narahatlığı başa düşüləndir. Lakin seçim bütövlükdə cəmiyyətin ixtiyarındadır. Lisey və gimnaziyalara qəbul olmayan uşaqlar qonşuluqdakı ərazidə yerləşən digər məktəbə yerləşdirilə biləcək. Hazırda lisey və gimnaziyalara qəbul prosesi yekunlaşmaq üzrədir. Yaxın günlərdə qəbulun nəticələri açıqlanacaq. Hələlik bununla bağlı İdarəyə heç bir müraciət daxil olmayıb. Əhalini tam əmin edə bilərəm ki, istənilən müraciətə həssaslıqla yanaşılacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə