Məktəbə hazırlıq qruplarına qəbul elektron sistemlə olacaq

Məktəbə hazırlıq qruplarına qəbul elektron sistemlə olacaq

"Ötən tədris ilindən fərqli olaraq bu il məktəbəhazırlıq qruplarına 2012-ci ildə doğulan uşaqların 65 faizi cəlb olunacaq. Ötən tədris ilində bu rəqəm 55 faiz idi. Əlavə olan 10 faizi daha çox Bakı ətrafı qəsəbələrə yönəldəcəyik". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. O bildirib ki, əsas üstünlük təlim göstəricilərinin keyfiyyəti aşağı olan məktəblərə veriləcək: "Son iki ildə birinci sinfə qəbul elektron sistem vasitəsilə həyata keçirilir. Yəqin ki, məktəbəhazırlıq qruplarının da qəbulu həmin sistemə inteqrasiya ediləcək. Bununla bağlı hazırda proqramda müvafiq işlər aparılır. Hesab edirəm ki, tədris ilinin əvvəlində işlər tam yekunlaşacaq". Məktəbəhazırlıq qruplarında ərazi prinsipinin tədbiq edilməsi məsələsinə aydınlıq gətirən M. Vəlyeva əlavə edib ki, yeni tədris ili üçün bu mümkün olmayacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə