"Bir neçə il bundan əvvəl məktəblərdə formativ qiymətləndirməyə edilən dəyişiklik bir sıra bürokratik əngəlləri aradan qaldırmış oldu. Çünki formativ qiymət jurnalları vaxtı ilə müəllimlərə baş ağrısı yaradan alət kimi qəbul edilirdi". SİA-nın xəbərinə görə, bunu Təhsil İnstitutunun direktoru Emin Əmrullayev deyib. Bu gün hələ də summativ qiymətləndirmə ilə bağlı bir sıra problemlərin olduğunu deyən E. Əmirullayev bildirib ki, bu məsələdə valideynlərin və cəmiyyətin istəyi fərqlidir: "Təcrübə onu göstərir ki, valideynlər hər zaman övladının yaxşı qiymət almasını istəyir. Hətta övladının 4 əvəzinə 5 alması üçün ən yüksək instansiyalara müraciət edirlər və bundan çəkinmirlər. Lakin onlar bəzən qiymətləndirmənin mahiyyətindən uzaqlaşırlar".
İnstitut direktoru qeyd edib ki, bu yay ərzində məktəblərdə şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik edilməsi nəzərdə tutulur: "Aşağı siniflərdə imtahan yükünü azaltmaq lazımdır. Qiymətləndirmə ilə bağlı şagirdlər arasında rəqabət mühiti yaransa da, onların əməkdaşlığını da təmin etmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB