Məhəbbət Vəliyeva: "Məktəbdaxili mühitin sağlamlaşdırılması əsas məqsədlərdəndir"

Məhəbbət Vəliyeva: "Məktəbdaxili mühitin sağlamlaşdırılması əsas məqsədlərdəndir"

"Bəzən şagirdlərin məktəbdaxili qiyməti ilə yekun qiymətləndirməsi üst-üstə düşmür. Bunu araşdırmaq lazımdır". SİA-nın xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. Artıq məktəb mühitindən sinif mühitinə keçid edildiyini deyən idarə rəisi bildirib ki, müəllimlərin fəaliyyəti daim diqqət mərkəzindədir. Çünki istənilən fəaliyyətin sonunda bu, qiymətləndirilməlidir. Müəllimin də fəaliyyətinin daim qiymətləndirilməsinə ehtiyac var. Bu səbəbdən məktəbdə formativ və summativ qiymətlənirmə labüddür".

M.Vəliyeva qeyd edib ki, məktəbdaxili mühitin sağlamlaşdırılması əsas məqsədlərdəndir: "Çünki valideyn məktəb, şagird müəllim və digər istiqamətlər təhsilin keyfiyyətinə təsir edən amillərdir. Bu istiqamətdə məktəblər mühüm addımlar atır. Müəllimlərlə aparılan və digər sorğular nəticəsində məlum olur ki, bu gün formativ və summativ qiymətləndirməyə ciddi ehtiyac var. Müəllim şagirdi formalaşdırır. Qiymətləndirmənin necə, hansı istiqamətlərdə aparılması mühümdür".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə