Səhiyyə Nazirliyinin qərarı ilə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Tibbi Mərkəzinin fəaliyyəti dayandırılıb. Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova məlumat verib. O bildirib ki, nazirliyin mütəxəssisləri tərəfindən tibbi mərkəzdə reydlər aparılıb. Nazirlik rəsmisinin sözlərinə görə, reydlər zamanı tibb mərkəzin fəaliyyətində ciddi nöqsan və çatışmazlıqlar aşkarlanıb. O vurğulayıb ki, nazirlik tərəfindən tibb mərkəzinə verilən lisenziyanın fəaliyyəti dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB