Lənkəran Dövlət Universitetində Bilik günü qeyd edilib

Lənkəran Dövlət Universitetində Bilik günü qeyd edilib
Bu gün ölkənin bütün ali, orta ixtisas və ümumtəhsil məktəblərində olduğu kimi, Lənkəran Dövlət Universitetində (LDU) də yeni dərs ili-Bilik günü qeyd olunub. LDU-dan SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru Asəf İsgənədrov yeni dərs ilinin başlaması münasibətilə magistr və tələbələri təbrik edib. O bildirib ki, yeni dərs ilində universitetdə 21 ixtisas üzrıə 1500-dək tələbə təhsil alacaq. Onun sözlərinə görə, tələbələrin 355 nəfəri ilk dəfə auditoriyaya qədəm qoyub.

Daha sonra çıxış edənlər tələbələri təbrik edib, onlara elm və təhsil sahəsində uğurlar arzulayıblar. Tədbirin davamında universitetə yüksək balla daxil olanların bir qupuna tələbə bileti təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə