“Bu il Azərbaycan Dillər Universitetinə daxil olan tələbələrin 60 %-i dövlət hesabına təhsil alacaq” - Açıqlama
Ali təhsil müəssisələrində adambaşına maliyyələşmə mexanizminə görə Azərbaycan Dillər Universiteti (ADU) birinci yerlərdədir. Bu barədə SİA-ya açıqlama verən ADU-nun rektoru Səməd Seyidov bildirib ki, cari il universitetə daxil olan tələbələrin 60 %-ə yaxını dövlət hesabına təhsil alacaq. Dövlət hesabına maliyyələşən ixtisaslarda qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrin oxuduğunu deyən S.Seyidov vurğulayıb ki, deməli Azərbaycan Dillər Universitetinə qəbul olan tələbələrin 60%-i imtahanlarda yüksək nəticə göstərib. Onun sözlərinə görə, həmin tələbələr Azərbaycanın təhsil sisteminin qızıl fondudur və bu fondun bir qismi ADU-ya göndərilib.
Doktoranturaya qəbulla bağlı fikirlərini bölüşən universitetin rektoru qeyd edib ki, artıq Dillər Universiteti tərəfindən təkliflər Təhsil Nazirliyinə təqdim olunub. "Doktorantura ilə bağlı biz müxtəlif təkliflər vermişik. Bu daha çox elmi və ixtisas yönümlü məsələlər, istiqamətlərdir. Doktorantura yeni Təhsil Haqqında Qanununa əsasən Azərbaycan təhsil sistemində yeni bir məsələdir. Ancaq nə qədər də yeni olsa mütəxəsislərimiz və ekspertlərimiz bu məsələdən xəbərdardırlar. Ona görə biz təkliflərimizi vermişik və gözləyirik ki, bunlar yaxın günlərdə öz həllini tapacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB