Asim Baratzadə: “Türkiyədə Azərbaycana qarşı xüsusi diqqət və qayğı gördük” - MÜSAHİBƏ
Anadolu Universitetinin məzunu Asim Baratzadənin müsahibəsini SİA-nın dəyərli oxucularına təqdim edirik
- Əvvəla, sizi Anadolu Universiteti Azərbaycan Proqramlarından məzun olduğunuz üçün təbrik edirik. Zəhmət olmasa, özünüz haqqında qısa məlumat verərdiniz.
- Mən Asim Baratzadə Hafiz oğlu 21 avqust 1993-cu ildə Xızı rayonunda anadan olmuşam. Təbrikiniz üçün sizə öz minnətdarlığımı bildirirəm.
- Anadolu Universiteti distant təhsil sistemi məzunu olaraq təhsilin bu növü ilə bağlı fikirlərinizi öyrənmək bizə və oxucularımıza maraqlı olardı.
- Təbii ki, qəbul olmadan əvvəl Anadolu Universitetinin yüksək təhsil verməsi və Türkiyədə nüfuzlu bir universitet olması haqqında məlumatlı idim. Hər kəs kimi mənim də arzum nüfuzlu universitetlərdən birinin məzunu olmaq olub. Lakin İT sahəsində işlədiyim üçün əyani oxumaq imkanım yox idi. Anadolu Universitetinin “Azərbaycan Proqramları” adlı layihəsi sayəsində öz xəyalımı gerçəkləşdirmə fürsətim oldu. Azərbaycan gənclərinin Türkiyəyə getmədən distant təhsilalma forması sayəsində ali təhsil verməsini öyrənəndə sevincimin həddi-hüdudu yox idi. Mən qəbul olan il distant təhsil Azərbaycanda indiki kimi geniş yayılmamışdı. Mən məhz bu təhsil sayəsində bakalavr pilləsi üzrə artıq məzun oldum. Distant təhsili Azərbaycana gətirən Anadolu Universiteti rektorluğuna, Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatorluğunu borcluyuq və çox şadam ki, bu böyük Anadolu ailəsinin bir fərdi oldum. Təhsilin distant növü mənə görə dünyanın istənilən nöqtəsində uğur qazana biləcək və tələbələrə uğur qazandıracaq bir təhsil sistemidir.
- Ali təhsil almaq həyatımızda mühüm yer tutur. Bu mənada, bitirdiyiniz Anadolu Universitetinin sizin həyatınızda oynadığı roldan və sizə verdiyi təhsilin keyfiyyəti barədə fikirlərinizi öyrənmək maraqlı olardı?
- Hər bir insanın qarşısına qoyduğu bir məqsədi var və bu məqsədə çatmaq üçün bizə ali təhsil gərək olur. Mən də məqsədlərimə çatmaq üçün Anadolu Universitetinin məzunu oldum. Universitet tələbələrinə keyfiyyətli ali təhsil alması üçün hər bir şərait yaradıb, istər dərslik kitabları, istərsə də online videokonfrans dərslər, kitablarla təmiant isə tələbələrinə böyük dəstək olur. Bu da tələbənin imtahanlarına rahatlıqla hazırlaşmasında və uğurlu nəticə əldə etməsində rolu böyükdür. Bundan əlavə hər bir tələbənin öz şəxsi tələbə portalında Anadolum “e-kampüs” sistemində, dərsliklərin pdf kitab versiyası, “unite özeti”, “çıkmış sınav soruları”, “sorularla öğrenelim”, “çözümlü sorular”, “sesli kitap” və.s vəsaitlərdən hər bir tələbə yararlana bilir. Bu baxımdan təhsil keyfiyyəti yüksək olan Anadolu Universitetinin məzunu olmaq qürurvericidir.
- Hər kəs universitetdə təhsil alarkən gələcək üçün bəzi xəyallar qurur. Təhsil aldığınız müddətdə gələcəyinizlə bağlı planlarınız nədən ibarət idi?
- Hər kəsin gələcəklə bağlı böyük xəyalları olur, mənim də ən böyük istəyim əyləncə mərkəzləri şəbəkəsi qurmaqdır. Bu arzumu reallaşdıracağıma inanıram
- Hər il ənənəvi olaraq Türkiyədə keçirilən “Məzun Günü” tədbirində bu il siz də iştirak etdiniz, təəssuratlarınızı bilmək istərdik.
- O gözəl və özəl günü yaşamaq mənə də nəsib oldu. Türkiyədə keçirilən möhtəşəm “Məzun Günü”nün əsas məqsədi kepləri havaya atmaqdır. Mən bu sevinci öz məzun yoldaşlarımla birgə yaşadım və orda dünyanın bütün ölkələrindən olan məzunlar var idi amma Azərbaycana qarşı xüsusi diqqət və qayğı gördük. Biz zala daxil olarkən çox fərqli şəkildə hər kəsin əlində bayraqlarla daxil olduq böyük bir izdiham və coşqu var idi amma Azərbaycan tələbləri izdiahmın içində xüsusilə seçilirdi. Bu da bizim fərqimiz idi, yəqin ki.
- Hal-hazırda Anadolu Universiteti Azərbyacan Proqramlarında oxuyan tələbə dostlarınıza tövsiyyələriniz nədir?
- Bir məzun olaraq tələblərə tövsiyyəm imatahana az vaxt qalmış hazırlaşmağa çalışmasınlar, imtahanlara hazırlaşmaq üçün kifayət qədər vaxt olur, bu vaxtdan səmərli istifadə etsinlər, dərslikləri oxuduqdan sonra əvvəlki illərin testləri ilə oxuduqlarınızı möhkəmləndirmək lazımdır. Sonda hər bir tələbə dostumuza məzun olmağı və o möhtəşəm “Məzun Günü” tədbirində iştirak etməyi arzu edirəm.
- Bundan sonra yeni biliklər əldə etmək istədiyiniz başqa sahələrlə bağlı yenidən Anadolu Universitetinə müraciət edərsinizmi?
- Turizm və otelçilik sahəsində təhsil almaq çox istərdim, çünki bu sahəyə böyük marağım var. Amma hələ başqa planlar nəzərdə tutduğum üçün hal-hazırda istədiyim bu sahə üzrə təhsil ala bilmirəm.
- Anadolu Universitetində təhsil almış bir tələbə kimi abituriyentlərə universitet seçimində kömək edəcək hansı məsləhətləri verə bilərsiniz?
- Ən gözəl seçimi təbiiki abituriyentlər özləri edəcəklər. Amma hər bir abituriyent keyfiyyətli təhsil verən universitet axtarşında olur. Odur ki, onlara Anadolu Universitetində təhsil almalarını məsləhət görürəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB