“Gənclər ali məktəbə daxil olarkən ixtisas seçimi zamanı gələcəkdə baş verəcək fəsadlar barədə düşünmürlər” - Mövqe
Bu gün Gənclər üçün Təhsil Mərkəzinin (GTM) ekspertlər şurasının növbəti toplantısı keçirilib. GTM-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə, regionlarda müəllim çatışmazlığı və gənclərin ixtisas seçiminə həsr olunmuş toplantıda geniş müzakirələr aparılıb və bir sıra qərarlar qəbul olunub. Toplantıda ilk öncə mərkəzin təhsil bölməsi tərəfindən kənd məktəblərində bəzi fənn müəllimlərinin çatışmazlığı və onun əsas səbəbləri, gənclərin düzgün ixtisas seçimi və bunun nəticələri haqqında arayış təqdim olunub. Ekspertlər arayış ətrafında müzakirələrə başlayaraq, əsas problem kimi gənclərin ixtisas seçimi məsələsi üzərində dayanıblar. Qeyd ediblər ki, bu gün ölkəmizdə əksər gənclər ali məktəbə daxil olarkən ixtisas seçimi zamanı gələcəkdə baş verəcək fəsadlar barədə düşünmürlər. Onlar əsasən seçim etdikləri həmin sahənin nüfuzuna və adına aldanırlar. Bunun nəticəsidir ki, cəmiyyətimizdə bəzi sahələrdə kadr çatışmazlığı, bəzilərində isə kadr artıqlığı mövcuddur.
GTM-nin direktor müavini Elnur Axundov çıxışında ixtisas seçimi məsələsində gənclərlə yanaşı, onların valideynlərinin və təhsil aldıqları müəssisələrinin rolunun artırılmasının zəruriliyini qeyd edib. O bildirib ki, hələ müstəqil həyata yenicə qədəm qoyan gənc cəmiyyətimizin hansı peşə sahiblərinə ehtiyac duyduğunu bilmir və analiz edə bilmir: "Ona görə bu işdə gənclərə valideynləri və təhsil müəssisələri yaxından kömək etməlidir. Eləcə də ictimai təsisatlar dövlətin ehtiyac duyduğu peşələrin ictimai nüfuzunu artırmağa yardımçı olmalı və gəncləri bu sahəyə yönəltməyi təşviq etməlidir".
Ekspertlər müzakirələrin sonunda qərara gəliblər ki, qaldırılmış məsələlərlə əlaqədar olaraq ictimai təsisatlarla müvafiq dövlət qurumları arasında müzakirələr təşkil edilsin, birgə işçi qruplar yaradılsın, ictimai dinləmələr keçirilsin, real vəziyyətlə bağlı monitorinqlər aparılsın və yekun təkliflər hazırlansın.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB