Tələbələrin hərbi xidmətlə bağlı problemləri həll edildi DİQQƏT

Tələbələrin hərbi xidmətlə bağlı problemləri həll edildi DİQQƏT

"Bu imtahan sessiyasından başlayaraq, ali məktəblərdə 1-2 akademik borcu olan oğlan tələbələr bu borclarını ödədikdən sonra hərbi xidmətə gedə biləcəklər". SİA-nın xəbərinə görə, bu haqda Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev məlumat verib.

Onun sözlərinə görə, əvvəllər oğlan tələbələr tədris müddətində akademik borcları olduğu zaman 1 il yarım hərbi xidmətə getmək məcburiyyətində qalırdılarsa, artıq oğlan tələbələr yeni qaydalara əsasən, imtahan sessiyası başa çatandan sonra 1-2 fənn üzrə akademik borcunu ödəyib ləğv edərək əsgərliyə gedə biləcəklər: "Ali məktəblərdə iyulun 5-dək sessiyalar davam edir. Həmin tələbələrə imkan yaradılacaq ki, onlar akademik borclarını ləğv etsinlər. Lakin bu, yalnız IV kursu bitirən və 1- 2 akademik borcu olanlara aiddir. Bundan sonra tələbələrə imkan yaradılacaq ki, dövlət imtahanı versin, buraxılış işlərini müdafiə etsin, akademik borclarını ləğv edib ordu sıralarına getsinlər”.

Nazirlik rəsmisi əlavə edib ki, bu gün IV kursu bitirən 2000-ə yaxın tələbə var.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə