Mingəçevir Dövlət Universitetində ali təhsil ocağını bitirənlər üçün buraxılış gecəsi keçirilib. Məzun günündə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı və onu müşayət edən rəsmilər iştirak edib.
Tədbiri giriş sözüylə açan Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev Universitetin fəaliyyəti haqqında ətraflı məlumat verib. Daha sonra məzunlara xos arzularını çatdıraraq onlara gələcək fəaliyyətlərində nailiyyətlər, mənsub olduqları xalqın, dövlətin adını ləyaqətlə uca tutmaqlarını və təhsil aldıqları ali məktəbin adını doğrulcaqlarına inandığını bildirib: “Ən böyük arzum odur ki, harda olursa olsun, əxlaq, tərbiyə, sizə tapşırılan sahəyə qayğınızla daima səsiniz yüksəklərdən gəlsin”.
Tədbirdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Universitetin professor-müəllim və tələbə heyətini təbrik edərək müvəffəqiyyətlər arzu edib: “Bu gün sizlər üçün ən əlamətdar günlərdən biridir. Bu gün yeni bir həyata qədəm qoyursunuz. İnanıram ki, Azərbaycan vətəndaşı olaraq, bir mütəxəsis kimi, cəmiyyətimizə fayda verəcək gənclər olaraq yetişəcəksiniz”.
Çıxışçılardan Azərbaycan İES MMC-nin direktoru Gülağa Bəşirov, Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov, Pedaqoji fakultənin dekanı, dosent Qəhrəman Kələşov, İqtisadiyyat və İdarəetmə fakultəsinin dekanı, dosent Nüşabə Qədimli, Mühəndislik fakultəsinin dekanı, dosent Vüqar Mustafayev söylənilən arzulara qoşularaq, məzunlara təbrik və tövsiyyələrini bildiriblər.
Daha sonra Universitetdə təhsil aldıqları müddətdə elmdə, təhsildə və ictimai işlərdə fəal iştirak edən bir qrup tələbələr fəxri fərmanla təltif olunub.
Sonda ənənəvi olaraq “papaq atma” mərasimi olub. Şən musiqi sədaları altında davam edən tədbirin sonu atəşfəşanlıqla yekunlaşıb.
Ləman Bəylərova
Mingəçevir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB