UFAZ-ın 40 tələbəsi Strasburq Universitetinin yay məktəbində tədris-təcrübə keçəcək

UFAZ-ın 40 tələbəsi Strasburq Universitetinin yay məktəbində tədris-təcrübə keçəcək

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı iyulun 2-dən 16-dək Fransanın Strasburq Universitetinin yay məktəbində tədris-təcrübə keçəcək Fransa-Azərbaycan Universitetinin (UFAZ) tələbələri ilə görüşüb.

Görüşdə M.Babanlı müasir dünyada təhsilin mühüm rolundan danışıb, tələbələrə bu sahədə yeni nailiyyətlər arzulayıb, onlara tövsiyələrini verib. UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov tələbələrlə birlikdə Strasburqa yola düşəcək nümayəndə heyətini təqdim edib.

UFAZ-ın baş katibi Şarlotta Payen yay məktəbi barədə məlumat verib, tələbələrin iki həftə müddətində yay məktəbində səmərəli tədris-təcrübə keçəcəklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə