Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 11-də keçirilən sonuncu sınaq imtahanının nəticələrini açıqlayıb
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 11-də keçirilən sonuncu sınaq imtahanının nəticələrini açıqlayıb. DİM-dən SİA-ya verilən məlumata görə, hər bir abituriyent mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 15 274 abituriyentdən 350 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 4 abituriyentin imtahan nəticələri ləğv edilib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB