"Ali məktəblərə qəbul asanlaşdırılsın" TƏKLİF

"Ali məktəblərə qəbul asanlaşdırılsın" TƏKLİF

Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa ali məktəblərə qəbulun asanlaşdırılması, lakin bitirməyi çətinləşdirməyi təklif edib. SİA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxışı edən deputat deyib ki, əsas məsələ tələbələrin diplom alması məsələsidir ki, bunu çətinləşdirməyə ehtiyac var:

"Xarici ölkələrdə ali məktəblərə qəbul prosesi çox sadədir. Amma ali məktəbləri bitirmək hər kəsə müyəssər olmur. Bizdə də ali məktəbə qəbul prosesi asanlaşdırılmalıdır. Ali məktəblərdə təhsil haqqını ödəyənlər, oxusunlar. Bununla xaricə də pul axını azala bilər".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə