9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat müddəti uzadıldı

9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat müddəti uzadıldı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010/2011-ci tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat müddətinin uzadılması barədə qərar qəbul edib. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar 14 sentyabr saat 18:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə