Tanınmış alim, fizika-riyaziyyat elmlər doktoru, professor Məsud Əfəndiyev Qərb Universitetində mühazirə oxuyub. Alim “Universitetlərin inkişaf strategiyasında beynəlxalq əməkdaşlığın rolu” mövzusunda mühazirəsində dünyanın aparıcı universitetlərinin təcrübəsi ilə bağlı nümunələri diqqətə çatdırıb, tədrisin keyfiyyətinin artırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
Daha sonra qonaq müəllim və tələbələrin suallarını cavablandırıb.
Sonda professor M.Əfəndiyevə Qərb Universitetinin fəxri professoru diplomu təqdim olunub.
Qeyd edək ki, M.Əfəndiyev dünyanın bir çox aparıcı universitetlərində mühazirələrlə çıxış edir. Azərbaycanlı alim dünya elmində ən yüksək təltiflərdən (“kiçik Nobel mükafatı”) sayılan “Aleksander fon Humboldt” mükafatının ilk azərbaycanlı laureatıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB