Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əlavə təhsilə qəbul başlanılıb. Qəbul prosesi iyunun 5-dək davam edəcək. Hazırda sənədlər sistemə yükləndikcə, komissiya mütəmadi olaraq məlumatların emalını həyata keçirir. Nəticələr avqustun 1-dən sonra açıqlanacaq. Maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat, dünya iqtisadiyyatı ixtisaslarında təhsil almaq üçün daha çox müraciət qeydə alınır.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, mərkəzdə əlavə təhsillə bağlı sənəd qəbulu üçün iki elektron platforma fəaliyyət göstərir. Əlavə təhsillə maraqlananlar www.kabinet.unec.edu.az vasitəsilə özünə şəxsi kabinet açaraq tələb edilən sənədləri birbaşa oraya yükləyə bilərlər.
UNEC-də əlavə təhsil iki istiqamətdə reallaşdırılır: təkrar ali təhsil və yenidənhazırlanma təhsili. Təkrar ali təhsil almaq hüququ qazanan şəxslər həm əyani, həm də qiyabi əsaslarla oxuya bilərlər. Burada təhsil ikinci kursdan başlanılır. Yenidənhazırlanma təhsili üzrə tədris müddəti bir ildir. Müraciət edənlərin sənədlərinin qəbulu və emalı üçün xüsusi komissiya fəaliyyət göstərir. Müraciət edənlərin diplomlarının həqiqiliyinin müəyyənləşdirilməsi məqsədilə Təhsil Nazirliyinə araşdırılmaya göndərilir və razılıq əldə edildikdən sonra həmin şəxslər tələbə adını qazanırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB